"Call for Scores 2"
19 apr 2023

Cadenza Contemporary Orchestra 19 mart tarixində Qiraət Vorkşopu: Partituralar üçün Çağırış (Call for Scores) layihəsini növbəti dəfə həyata keçirdi. İlk dəfə 2022-ci ilin may ayında baş tutmuş layihəyə bu dəfə də gənc bəstəkarlar tərəfindən əvəllcədən elan olunmuş qaydalara müvafiq olan partituralar anonim şəkildə qəbul edildi. Münsifər heyəti - Sara Timurova, Türkər Qasımzadə, Ayaz Qəmbərli, Tahir İbişov və Səid Qəni tərəfindən seçilən dörd partitura- Əli Cəfərzadə "Bağlı qapı arxasında", Fatimə Məmmədzadə "Kitab oğrusu", Nigar Süleyman "Circular patterns", Afaq Xaqaniqızı "Qoboy və yaylı orkestr üçün" əsərləri 19 mart tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən vorkşopda Cadenza Contemporary Orchestra ifasında ilk dəfə səslənmişdir. Qalib olan əsər isə Afaq Xaqaniqızı "Qoboy və yaylı orkestr üçün" oldu. Əsər Cadenza orkestrinin növbəti konsertlərinin birində ifa olunacaq. Həmçinin dörd partituranın müəllifi münasiflər heyəti ilə ustad dərsi seçmək şansı qazanmışdır.
__________________________________________________________________________________________
Daha ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə eləyə bilərsiniz.