"Orkestrdə hər şey eşidilir."

Kəşf et
Biz kimik?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) Azərbaycan musiqisi və ictimaiyyətinə iki istiqamət üzrə xidmət etməyi özü üçün məqsəd qoymuşdur. Birinci istiqamət musiqi maarifçiliyidir. Orkestr ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərində (Renesans, Barokko, Klassisizm, Romantizm, Modernizm və Post-modernizm) yazılmış əsərləri səsləndirməyi, auditoriya ilə interaktiv təmaslar qurmağı nəzərdə tutur. Həmçinin buraya Azərbaycanın bütün təhsil müəssisələrində və təhsilin bütün pillələrinə uyğun təşkil olunan tədbirlər də daxildir. İkinci istiqamət Azərbaycanda müasir musiqi ifası və çağdaş dünya musiqisi ilə təmaslar qurmaq ənənəsini yaşatmaqdan ibarətdir. Bunun vacibliyi Azərbaycan musiqiçilərinin dünya görüşünün zənginləşməsi, ümumi musiqi savadının artırılması, dünyada müxtəlif, eləcə də ən yeni estetik cərəyanların təsiri və tərzi ilə yazılan musiqi, müasir musiqinin ifaçılıq prinsipləri ilə tanışlığı üçün orkestr fəaliyyətinin açacağı imkanlarla sıx bağlıdır. Cadenza Azərbaycan bəstəkarları üçün musiqi labaratoriyası kimi fəaliyyət göstərməkdən əlavə, məşhur beynəlxalq müasir musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaranması və bu minvalla ən yeni peşəkar musiqimizin təbliğatı ilə də məşğul olmaqdadır.

Ətraflı

Əsədov Samir

Konsertmeyster

Eyvazov Nadir

Violin

Babayeva Vəfa

Violin

Qarayeva Afaq

Piano

Rəhimova Rəna

Viola

Rzayev Ərol

Cello

Komanda üzvlərimiz
Bütün üzvlər
Xidmətlərimiz
Bütün xidmətlər
Canlı ifa
Ətraflı
Səsyazma və post-prodakşn xidmətləri
Ətraflı
Film musiqisi xidmətləri
Ətraflı