Cadenza Contemporary Orchestra Azərbaycan ilk dəfə vorkşop keçirdi.
08 dek 2022
Cadenza Contemporary Orchestra 31 mart 2022-ci il tarixində partitur qiraəti vorkşopu üçün nəzərdə tutulmuş "Partiturlar üçün çağırış" ("Call of scores") müsabiqəsi keçirib. Müsabiqəyə anonim şəkildə təqdim olunan partituralar arasından seçilən 4 əsər 01 may tarixində orkestr, əsərin müəllifi və bəstəkarlardan təşkil olunmuş münsiflər heyətinin də iştirakı ilə keçirilən vorkşopda dinlənilmişdir. Münsiflər heyəti tərəfindən seçilən "Əli Cəfərzadənin "Dörd paradoks", Afaq Xaqaniqızının "Sekstet", Nigar Süeymanın "Dekateksis" və Candra Setyawan (Indoneziya) "Gizlin frazalar" əsəri daha sonra orkestrin 22 iyulda keçirilmiş "Yaz və Yay!2022" adlı konsertində ifa olunmuşdur. *Müsabiqə və vorkşopla bağlı daha ətraflı: