"Cadenza dəvət edir 2"
19 apr 2023
Cadenza Contemporary Orchestra 09-10 mart tarixində "Cadenza dəvət edir 2" layihəsini həyata keçirdi. Daha əvvəl 2022-ci ilin dekabr ayında təşkil olunmuş layihədə rusiyalı bəstəkar Aleksandr Xubeyev, violonçel ifaçısı Yulia Miqunova və violin ifaçısı Qleb Xoxlovun iştirakı ilə ustad dərsi, mühazirə və konsert təşkil olunmuşdur. 2023-cü ildə növbəti dəfə keçirilən "Cadenza dəvət edir 2" Qleb Xoxlovun iştirakı ilə keçirilən ustad dərsi və konsertlə yadda qaldı. 09 mart tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən ustad dərsində Q.Xoxlov Cadenza Contemporary Orchestra`nın violin ifaçısı Fatimə Nəsirlinin ifasını dinləyərək, əsərlə bağlı fikirlərini bildirmiş, həmçinin müasir musiqi ifaçılığının nəzəri əasları barədə məlumat verərək, fərqli ifa texnikalarını ustad dərsində iştirak edən tələbələrə izah etmişdir. Layihə 10 mart tarixində Muzey Mərkəzində keçirilən konsertlə başa çatmışdır. Konsertdə Q.Xoxlov və Rəna Fəhradovanın ifasında John Adams "Road movies", Enno Poppe "Haare", Beat Furrer "Lied", Matthias Pintscher "Study III for Treatise on the Veil" əsərləri və görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin "Monoloq"u ifa olunmuşdur. Qeyd edək ki, "Monoloq" istisna olmaqla digər əsərlər Bakıda ilk dəfə ifa olunurdu. __________________________________________________________________________________________________ Fotolarla aşağıdakı linklərə keçid edərək baxa bilərsiniz.